İsrail prezidenti: "Dözülməz dərəcədə çətin səhər oldu..."

img

23-01-2024 [11:56]


İsrail prezidenti İsaak Hersoq Qəzza zolağında 21 İsrail əsgərinin öldürülməsi ilə bağlı kədərli açıqlama verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, 21 hərbçinin ölümü barədə başsağlığı mesajına "dayanması dözülməz olan acı xəbər bizi sarsıtdı" girişi ilə başlayıb.

O bildirib ki, bu səhər ölkə və şəxsən onun üçün dözülməz biur səhər olub.

Prezident daha sonra həlak olan əsgərlərin ailələrinə başsağlığı verib.

Xatırladaq ki, Qəzzada bir binanı mühasirəyə alaraq oranı minalayaraq dağıtmağa çalışan 21 İsrail əsgəri Həmas tərəfindən atılan raket nəticəsində çökən binanın altında qalaraq həlak olublar.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA