"Fənərbağça" daha bir futbolçusunu satır: "O, Avropa səviyyəli oyunçudur"

img

23-01-2024 [10:45]


"Dinamo Zaqreb" "Fənərbağça"dan futbolçu alır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Dinamo Zaqreb"in baş məşqçisi Sergey Jakiroviç mətbuat konfransında açıqlama verib.

O bildirib ki, hazırda "Fənərbağça"nın futbolçusu Rayan Kentin transferi ilə bağlı danışıqlar aparırlar: "Kent Avropa səviyyəli oyunçudur. Transferi reallaşdırmağa çalışırıq".

Xatırladaq ki, Rayan Kent bu mövsüm "Fənərbağça"nın heyətində 15 matçda meydana çıxıb. 27 yaşlı britaniyalı futbolçu bu matçlarda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR