"Bavariya" uduzub - Liderlə aradakı fərq artıb

img

22-01-2024 [00:25]


Almaniya Bundesliqasında "Bavariya" "Verder"lə qarşılaşmadan gözlənilməz nəticə ilə ayrılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ilk hissəsi qolsuz başa çatan oyunun 59-cu dəqiqəsində qonaqlar hesabı açıb.

Miçel Vayzerin vurduğu qol oyunda yeganə olub.

Bu nəticədən sonra 41 xalda qalan "Bavariya" ilə məğlubiyyətsiz davam edən "Bayer" arasındakı xal fərqi 7-yə yüksəlib. 

"Verder Bremen" isə xalını 20-yə çatdırıb.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq