"Qalatasaray" "Trabzonspor"u darmadağın elədi

img

21-01-2024 [21:59]


Türkiyə superliqasında bu gün "Qalatasaray" səfərdə "Trabzonspor"u darmadağın edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Papara Park"da baş hakim Abdulkadir Bitigenin idarə etdiyi qarşılaşmadan "Aslan" 5:1 hesablı üstünlüklə ayrılıb.

"Qalatasaray"ın qollarını 13 və 61-ci dəqiqələrdə Zaha, 64-cü dəqiqədə Kaan Ayhan,  80 və 90+6-da isə Kerem Aktürkoğlu vurub.

“Trabzonspor”un yeganə qoluna isə 79-cu dəqiqədə Enis Destan imza atıb.

Onbu da qeyd edək ki, Zahanın 90-cı dəqiqədə vurduğu qolu VAR-dan sonra hakim Abdulkadir Bitigen ləğv edib.

Bu nəticədən sonra "Tranzonspor" 37 xalla 3-cü pillədə qalıb. 

Bu qələbə ilə xalını 54-ə yüksəldən sarı-qırmızılılar isə lider "Fənərbaxça" ilə xalını bərabərləşdirib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq