"Beşiktaş"ın baş məşqçisi məğlubiyyətə görə üzr istədi: "Utancverici vəziyyətdir"

img

20-01-2024 [23:24]


Trendyol Super Liqasının 21-ci həftəsində "Siltaş Yapı Pendikspor"a 4:0 hesabı ilə uduzan "Beşiktaş"ın baş məşqçisi Fernando Santos yaşadıqları ağır məğlubiyyətin utancverici olduğunu deyib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, portuqaliyalı çalışdırıcı "Pendik" stadionunda keçirilən matçdan sonra keçirilən mətbuat konfransında azarkeşlərdən üzr istəyib:  "İlk hissədə hesab ədalətli olmadı. Qoldan sonra yaxşı reaksiya göstərdik, imkanlarımız oldu, amma qol vura bilmədik. Üstün tərəf idik. İkinci hissədə oyuna dəyişikliklə başladıq. Gözlədiyimiz kimi olmadı, 4-0 uduzduq. Məğlubiyyətin məsuliyyəti mənə məxsusdur. 4-0 uduzmaq utancvericidir. bu an üçün həqiqətən utanıram. Azarkeşlərimizdən üzr istəyirəm. Onların dəstəyi ilə “Adana Dəmirspor” matçında qələbə qazanacağıq. Bu oyun bizə dərs oldu. Başımızı dik tutmalıyıq. Yanvarın 23-ü "Adana Dəmirspor"la çox vacib matçımız var". 

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR