Məşhur brazilyalı futbolçu Türkiyə komandası ilə anlaşdı

img

22-01-2024 [09:06]


Məşhur brazilyalı futbolçu Türkiyə komandasına gəlir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Yılport Samsunspor" vaxtilə "Bacariya" və "Juventus"da top qovan braziliyalı sağ cinah oyunçusu Duqlas Kosta ilə prinsipial razılığa gəlib.

Məlumata görə, tərəflər arasında danışıqlar müsbət sonluqla yekunlaşıb: "Futbolçunun bu həftə Türkiyəyə gələcəyi gözlənilir. Sağlamlıq yoxlamasından sonra tərəflər müqaviləyə imza atacaq".

Xatırladaq ki, Duqlas Kosta31 dəfə Braziliya milli lomandasının formasını geyinib. O, 3 dəfə Almaniya, 3 dəfə İtaliya A Seriyasının çempionu olub.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq