Husilər ABŞ gəmisini vurub - Körfəzdə

img

19-01-2024 [09:49]


Yəməndə İranın dəstəklədiyi husilər Ədən körfəzində ABŞ gəmisini qanadlı raketlərlə vurub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Husilərin sözçüsü Yəhya Seri "Əl-Məsirə" televiziyasına açıqlama verib.

O idda edib ki, Ədən körfəzində ABŞ gəmisi qanadlı raketlərlə sıradan çıxaırlıb: "Bu, ABŞ-İngiltərənin məzlum Fələstin xalqına kömək etmək istəyən Yəmənə qarşı təcavüzünə cavab olaraq həyata keçirilib. Nəticə etibarı ilə  “Kim Ranger” gəmisinə tərəfimizdən tam dəqiqliklə zərbə endirilib".

Xatırladaq ki, bu açıqlamanın verildiyi ərəfədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) husilərin iki raket qurğusunu sıradan çıxardıqlarını açıqlayıb.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA