Daha bir israilli futbolçu Türkiyədən qovuldu: "Onun komandada qalması münasib deyildi"

img

19-01-2024 [00:15]


"Başakşehir" israilli futbolçu Eden Karzevlə müqaviləyə xitam verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub bəyanat yayıb.

Bildirilib ki, futbolçunun yanvarın 14-ü şəxsi sosial media hesabında Türkiyənin həssaslığına zidd paylaşımından sonra onun klubda qalması münasib sayılmayıb.

Klubun bəyanatına görə, həmin paylaşıma görə, futbolçu barədə araşdırma aparılıb, ondan zahat alınıb: "Nəhayət, onun Türkiyədə futbol oynaması məqbul sayılmayıb və müqaviləyə xitam verilib".

Xatırladaq ki, Karzev Qəzzada gedən döyüşlərin 100-cü günü ilə bağlı "100 gün" başlıqlı paylaşım (aşağıda həmin paylaşım verilib - Mia.az) edib. Məhz bu paylaşıma görə Karzev hətta istintaqa cəlb olunub, onun prokurorluqda izahatı alınıb. Bundan sonra o, paylaşımı silib. 

Onu da qeyd edək ki, ötən gün "Antalyaspor" - "Trabzonspor" matçında qol vurduqdan biləyindəki İsraillə bağlı yazı paylaşmasına görə "Antalyaspor"lu  Saqiv Jehezkel də örokururluqda ifadə verib, daha sonra o, ölkədən deport olunub.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR