ABŞ, Seneqal, Syerra-Leone... - Prezident İlham Əliyev bu ölkələrin səfirlərinin etimadnamələrini qəbul edib (FOTOLAR) -YENİLƏNİB
18-01-2024 [14:48]
Prezident İlham Əliyev yanvarın 18-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark Libbinin etimadnaməsini qəbul edib.
Mia.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə söhbət etdi.
Azərbaycan Prezidenti səfiri yeni təyinatı münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı.
Səfir ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.
Görüşdə Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə münasibətlərin perspektivlərinə, həmçinin beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparıldı. İqtisadi, enerji sahələrində və iki ölkənin biznes dairələri arasında əməkdaşlıq məsələlərinə toxunuldu.
Söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi barədə fikir mübadiləsi aparıldı.
***
Prezidenti İlham Əliyev yanvarın 18-də Seneqal Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şeyx Qeyenin etimadnaməsini qəbul edib.
Mia.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Dövlət başçısı səfirlə söhbət edib.
Səfir Seneqal Prezidentinin qardaş salamlarını dövlət başçısına çatdırıb. Qeyd edib ki, Seneqal Prezidenti iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi əzmindədir.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Seneqal dövlətinin başçısına çatdırmağı xahiş edib.
Görüşdə iki ölkə arasında əlaqələrin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib. İndiyədək Azərbaycanla Seneqalın BMT və Qoşulmama Hərəkatı çərçivəsində bir-birinə göstərdiyi daimi dəstək müsbət amil kimi qeyd edilib.
Prezident İlham Əliyev BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. İki ölkə arasında ali səviyyədə aparılan diplomatik yazışmalar və beynəlxalq, milli günlərdə qarşılıqlı təbriklər yüksək qiymətləndirilib.
Dörd il ərzində Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyini vurğulayan Prezident İlham Əliyev ölkəsinin təşkilata sədrliyinin daha bir il uzadılmasına Seneqalın da dəstək verdiyini qeyd edərək buna görə bir daha minnətdarlığını ifadə edib.
Seneqalın səfiri ölkənin bu Hərəkata uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıb.
İkitərəfli əməkdaşlığa toxunan Prezident İlham Əliyev siyasi əlaqələrin daha da inkişaf etdirilməsi və iqtisadi-ticari sahədə imkanların araşdırılmasının zəruriliyini vurğulayıb.
Dövlət başçısı səfirin Azərbaycanda keçirəcəyi rəsmi görüşlərin və onun fəaliyyətinin əməkdaşlığın daha da genişlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğu qeyd edilib, siyasi, iqtisadi, ticari, mədəni, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələlərinə toxunulub.
Səfir Seneqalda da neft aşkarlandığını bildirərək ölkəsinin neft hasil edən dövlətlər sırasına qoşulduğunu və bu xüsusda Azərbaycanın təcrübəsinin Seneqal üçün çox maraqlı olduğunu vurğulayıb.
Dövlət başçısı Azərbaycanın neft və enerji sahəsində fəaliyyət göstərən ali təhsil müəssisələrində Seneqaldan olan tələbələrin təhsil almaları imkanlarını da qeyd edib.
Ölkəsinin bu il COP29-a ev sahibliyi edəcəyini deyən Azərbaycan Prezidenti Seneqalın dövlət başçısını bu tədbirə dəvət edin.
***
Prezident İlham Əliyev yanvarın 18-də Syerra-Leone Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alie Badara Kamaranın etimadnaməsini qəbul edib.
Mia.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə söhbət etdi.
Səfir ilk növbədə Syerra-Leone prezidentinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Syerra-Leonenin dövlət başçısına çatdırmağı xahiş etdi.
Görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq ilə bağlı fikir mübadiləsi aparıldı.
Azərbaycanın yaxın günlərdə Qoşulmama Hərəkatına sədrliyinin başa çatacağını deyən dövlətimizin başçısı Hərəkat çərçivəsində Syerra-Leoneyə üzv ölkə olaraq göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi. Prezident İlham Əliyev ölkəmizin Hərəkata sədrliyinin başa çatmasından sonrakı dövrdə də bu təşkilat çərçivəsində Azərbaycan ilə Syerra-Leonenin əməkdaşlıq edəcəyinə ümidvar olduğunu dedi.
Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında çox maraqlı olduğunu deyən səfir Syerra-Leonenin eboladan əziyyət çəkən zaman Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini bildirdi. O, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırdı. Səfir Azərbaycan və Syerra-Leonenin beynəlxalq təşkilatlarda bir-birinə verdiyi dəstəyi yüksək dəyərləndirdi.
Alie Badara Kamara Azərbaycan rəsmiləri ilə görüşlər keçirməyi planlaşdırdığını bildirdi, əlaqələrin genişləndirilməsi məqsədilə yeni istiqamətlərin və yolların müəyyənləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı.
Azərbaycan Prezidenti ölkələrimiz və xalqlarımız arasında təmasların artırılmasının vacibliyinə toxundu.
Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq təsisat çərçivəsində parlament, gənclər və qadınlar platformalarının yaradılması təşəbbüsləri ilə çıxış edib.
Prezident İlham Əliyev bildirdi ki, Qoşulmama Hərəkatının yaradılmasının müstəmləkəçiyə qarşı mübarizənin təməl prinsiplərindən və fəaliyyət istiqamətlərindən biri olduğunu nəzərə alaraq Azərbaycan neokolonializmə qarşı mübarizəni də prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib və bu prosesə öz dəstəyini verib. Bakı Təşəbbüs Qrupunun 2023-cü ildə həm Bakıda, həm də BMT-nin Cenevrə ofisində neokolonializm mövzusunda vacib tədbirlər keçirdiyini qeyd edən Azərbaycan Prezidenti vurğuladı ki, müstəmləkəçi ölkələr Afrikada, Asiyada, Latın Amerikasında müstəmləkə altında saxladığı xalqlardan və dövlətlərdən ən azı üzr istəməlidirlər. Dövlətimizin başçısı onu da əlavə etdi ki, müstəmləkəçiliyin forması dəyişsə də, mahiyyəti dəyişməyib və onu müxtəlif formalarda saxlayıb.
Beynəlxalq institutlara üzv olduqlarından sui-istifadə edərək müstəmləkəçi imperiyaların müstəmləkə altına saldıqları ölkələrdə törətdikləri cinayətləri ört-basdır etməyə çalışdıqlarını deyən dövlətimizin başçısı bu cinayətlərin dünya ictimaiyyətinə daha geniş çatdırılmasının zəruriliyi vurğuladı.
Prezident İlham Əliyev Syerra-Leone Prezidentini bu il Bakıda keçiriləcək COP29 tədbirinə dəvət etdi.
Görüşdə iqtisadiyyat, kənd təsərrüfatı, investisiya, insan kapitalının inkişafı, mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı, yaxşı idarəçilik sahəsində təcrübə mübadiləsi, bu xüsusda “ASAN xidmət” təcrübəsi qeyd edildi, Azərbaycanın bu sahədə təcrübəsini bölüşməyə hazır olduğu bildirildi.
Rezidenturaya elektron qeydiyyat prosesi başlayır
Qəzzadakı hökumət: "İndiyə qədər 239 jurnalist həlak olub
"Ola bilər ki, "Azəriqaz" başqa struktur formada saxlanılsın, yəni, tam ləğv edilməsin" - Hüquqşünas Prezidentin fərmanını şərh etdi (MÜSAHİBƏ)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Əcnəbi məşqçilər Premyer Liqada debüt etdi
RUSİYA AZƏRBAYCANA MIƏXSUS OBYEKTLƏRİ NİYƏ VURUR? - Bakı Moskva ilə gərginliyin artmasında maraqlı deyil, ancaq... (TƏHLİL)
Şair Məmməd İsmayıl vəfat edib
“Araz”ı ayırdılarmı? - Yox, sadəcə, yolda bir az yubanıb...
"Atalanta" Nikola Zalevski ilə bağlı məlumat yayıb
Həkimlər daha bir xəstənin lüt görüntüsünü yaydı
SOCAR-ın tabeliyində yeni qurumlar yaradılacaq
İmdad Əlizadə və Qan Turalı "Teleqraf"dan uzaqlaşdırılıblar
Prezident qaz təchizatı ilə bağlı qanuna əlavəni təsdiqlədi, nələr olacaq? - DETALLAR
Rasim Balayev: "Ərəbin ortaya çıxarası nə yazıçısı, nə bəstəkarı, nə də sənət adamı var"
"Qalatasaray" 2 oyunçusu ilə vidalaşır
"Gençlerbirliği" yeni oyunçu transfer edib
"Tottenhem" müdafiəçisinin müqaviləsini uzadıb
Leyla Əliyeva Mərkəzi Nəbatat Bağında - VİDEO
Aysel Rufullayeva saxlanıldı - Adam ölümünə görə
Xarici İşləri Nazirliyi məlumat yayıb
Rəqsanənin vəkili: "Həmin şəxslərin adını açıqlamaq istəmirəm”
Bakıda TV rəhbəri həbs edildi - Mətbuat katibinin şikayəti əsasında
Bakıda su problemi - STM sorğunun nəticəlıərini açıqladı
Güclü külək olacaq - Xəbərdarlıq
Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı
İrandan Azərbaycana 40 kq narkotik keçirmək istəyiblər
Sabah hava necə olacaq? - Proqnoz
Qəzzada daha 24 fələstinli həlak olub - 5-i uşaqdır
Saatlıda maşın kanala düşüb, bir nəfər xəsarət alıb
Un neçəyədir? - Topdansatış qiymətlər
Prezident İlham Əliyev şirkət rəhbərini qəbul edib - FOTO
"Azərbaycan Dəmir Yolları" QSC-də qalmaqal: tender anlaşması niyə pozulub? - Şikayət var
Türkiyədə 45 minə yaxın azərbaycanlı tələbə təhsil alır
"Bunun baş verməsi üçün ABŞ-ın təzyiqinə ehtiyac var" - Zelenski
Rəsmi Moskva: "Putin və Tramp arasında 40 dəqiqəlik konstruktiv telefon danışığı olub"
ABŞ-da atışma: 1 ölü, 3 yaralı var
Məşhur aktyorun məzarüstü abidəsi 5 aydır düzəlməyib - "Təkcə Rasim Balayev məzar daşı üçün 700 manat köməklik etdi, dedi ki..."
Dövlət Komitəsi: "Bu, qəbuledilməzdir"
“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü
"Əgər ölkədə minimum əməkhaqqı 400 manat civarındadırsa..." - Deputat və ekspertdən təhsil haqlarının artırılmasına reaksiyalar
Xocavənddə yanğın törədən şəxslər saxlanılıb
“Misli” futbolumuza nə verib, nə alır? - Əsas "nüvə"si AFFA-da təmsil olunan "Azərlotereya" yenə Premyer Liqaya "çökdü"
Beyləqanda əməliyyat: 36 yaşlı şəxs saxlanılıb
Çempionlar Liqası: "Qarabağ" bu gün Macarıstanda gücünü sınayacaq
Azərbaycan nefti ucuzlaşdı
İranda su qıtlığı problemi böyüyür - Bəzi barajlar quruyub, bəziləri isə qurumaq üzrədir (SİYAHI)
“Kənd sağlamlıq günləri” İmişli rayonunda - FOTO