ABŞ və Böyük Britaniya Yəmənin 5 şəhərini bombaladı - Detallar açıqlanmır

img

18-01-2024 [09:28]


Dünya dəniz ticarətinin qəlbi sayılan Qırmızı dənizdə gərginlik artan xətlə davam edir.

Mia.az xaric mətbuata istinadla xəbər verir ki, ötən gecə ABŞ və Böyük Britaniya hərbi hava və dəniz qüvvələri Yəmənin Səda, Zimmar, Hudeydə, Taiz və Beyda şəhərlərinə çoxsaylı zərbələr endirib.

ABŞ-dan bildiriilib ki, husilərə məxsus "terror hədəfləri" məhv edilib.

ABŞ və Britaniya hücumla bağlı detallı informasiya verməyib. Yalnız o əlavə olunub ki, husilərin raket qurğuları sıradan çıxarılıb.

Husilərə bağlı SABA Xəbər Agentliyinin İdarə Heyətinin sədri  Nəsrəddin Əmir X hesabında hücumu təsdiqləyib, laki ölən və yaralananlar barədə hər hansı açıqlama verməyib. 

Tahir Şəlvəli

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA