PAKİSTAN İRANA CAVAB ZƏRBƏSİ ENDİRDİ: "Qardaş ölkə İranın suverenliyinə hörmət edirik..." - Rəsmi Tehrandan ilk  açıqlama (FOTO)

img

18-01-2024 [09:12]


Pakistan İran ərazisinə raket zərbələri endirib.

Mia.az xaric mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələri məlumat yayıb.

Məlumatda Pakistan İranın Sistan-Bəlucistan bölgəsindəki terror hədəflərinin vurulduğu deyilib: "Xalqımızn təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri görülür və bu istiqamətdə fəaliyyətimiz davam edəcək. Qardaş ölkə İranın suverenliyinə hörmət edirik, anxcaq təhlükəziliyimizə təhdidə imkan tanımayacağıq".

"Reuters"in xəbərinə görə, İran hücumda 3 qadın və 4 uşağın öldüyünü açıqlayıb: "Ölənlər iranlı deyil..."

Xatırladaq ki, iki gün əvvəl İran Pakistan ərazsinə raket zərbəsi endirmişdi.

Həmin zərbə ilə bağlı rəsmi Pakistan etiraz bəyanatı yayaraq cavablarının olacağını demişdi və rəsmi Tehran eynən Pakistanın bugünkü zərbəsinə haqq qaqzandırdığı kimi, özünə belə haqq qazandırmışdı: “Biz İraq və Pakistanın ərazi bütövlüyünə hörmət edirik, lakin milli təhlükəsizliyimizin təhdid edilməsinə əsla icazə verməyəcəyik".

Tahir Şəlvəli

MİA.AZ
 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA