AFFA "Sabah"a "yox" dedi

img

17-01-2024 [17:46]


AFFA "Sabah" klubunun şikayətini təmin etməyib.

Mia.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi AFFA İntizam Komitəsinin (İK) Gənclər Liqasında "Araz-Naxçıvan"la oyundakı qərarından narazı qalıb.

İK matçın 15-ci dəqiqəsində təhlükəsizlik nümayəndəsi olmadığı üçün görüş dayandığına görə Naxçıvan təmsilçisinə xəbərdarlıq edib və qarşılaşmanın dayandırıldığı vaxtdan (1:1 hesabı saxlanılmaqla) yenidən təşkilini məqsədəuyğun sayıb.

"Sabah"ın isə bu qərarla bağlı apellyasiya şikayəti təmin olunmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR