Pakistanla İran arasında böhran dərinləşir - İslamabad səfiri geri çağırdı, Tehranı hədələdi

img

17-01-2024 [16:18]


Pakistan İranın dünən ölkəyə endirdiyi raket zərbələrindən sonra Tehrandakı səfirini geri çağırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zehra Baluç mətbuat konfransıda söz açıb.

O, İranın heç bir səbəb olmadan Pakistanın suverenliyini pozması cavabsız qalmayacaq: "İran dünənki hücumla beynəlxalq hüququ, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini kobud şəkildə pozub.  Bu qeyri-qanuni hərəkət tamamilə qəbuledilməzdir. Pakistan bu qanunsuz hərəkətə cavab vermək hüququnu özündə saxlayır. Və bəyan edirik ki, nəticələrin məsuliyyəti birbaşa İrana aid olacaq".

Bu mesajın İran hökumətinə çatdırıldığını bildirən XİN sözüçüsü qeyd edib ki, baş verən hadisədən sonra Tehrandakı səfiri geri çağırılıb və bütün yüksək səviyyəli səfərlər ləğv olunub: "Geri çağırılan səfir Tehrana dönməyəcək. Bununla bərabər, Pakistan və İran arasında yaxın günlər üçün planlaşdırılan bütün yüksək səviyyəli səfərlər dayandırılıb".

Xatırladaq ki, Pakistan Xarici İşlər Nazirliyinin dünən verdiyi açıqlamaya görə, İranın ölkəyə endirdiyi zərbələr nətivəsində 2 uşaq ölüb, 3-ü yaralanıb.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA