İsrail xüsusi təyinatlıları Livana girib? - "Hizbullah" təkzib edir, ordu isə təhlükəni aradan qaldırırıq" deyir

img

16-01-2024 [13:38]


İsrail ordusunun xüsusi təyinatlıları Livanın cənubunda sərhəd bölgəsində yerləşən qəsəbədə əməliyyata başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail ordusu yayılan xəbəri təsdiqləyib.

Bildirilib ki, həmin ərazidən ölkəyə ciddi təhdidlər olduğundan lokal əməliyyatla Ayta əş-Şaab qəsəbəsindən yönələn təhlükəni aradan qaldırmaq hədəflənib.

Qeyd olunub ki, bununla belə, İsrail döyüş təyyarələri Livanın Kefrkilla qəsəbəsində Hizbullanın tank əleyhinə raket buraxılış qurğusunu hava zərbəsi ilə vurub.

"Hizbullah"ın mətbuat katibi Rana Sahil isə Türkiyənin Anadolu Agentliyində verdiyi açıqlamada İsrail əsgərlərinin Livan ərazisinə daxil olmadığını bildirib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA