"Fənərbağça" "Atletiko Madrid"in türk müdafiəçisinə elçi düşüb

img

16-01-2024 [12:48]


"Fənərbağça" "Atletiko Madrid"in türk müdafiəçisinə elçi düşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Leonardo Bonucci və Rade Krunicinin keçidləri ilə sürətli transferlərə başlayan İstanbul klubu bu dəfə rotasını İspaniya liqasına yönəldib.

Məlumata görə, türk klubu "Atletiko Madrid"in türk əsilli müdafiəçisi, eyni zamanda, milli komandanın oyunçusu Çağlar Söyüncü ilə danşıqlara başlayıb: "Madridə gedən klub rəsmisi Səlahəddin Baki ispan klubunun yetkliləri ilə görüşüb. "Fənərbaxça" Çağları heyətə qatmaqda israrçıdır...".

Xəbərdə o da deyilir ki, Çağları "Fənərbağça" iiə yanaşı, "Portu", "Roma" və "Fulhem" də transfer etmək istəyir.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR