ABŞ-ın Marşal adaları bayraqlı yük gəmisi vurulub

img

15-01-2024 [19:08]


ABŞ-ın Marşal adaları bayraqlı yük gəmisi vurulub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bu barədə Britaniya Gəmiçilik Təşkilatı (UKMTO) məlumat yayıb.

Açıqlamaya görə, gəmiyə Yəmənin Ədən şəhəri yaxınlığında raketlə zərbə endirilib.

Məlumatda daha sonra yaxınlıqdakı gəmilərə diqqətli olmaları və hər hansı şübhəli fəaliyyət barədə quruma məlumat vermələri tövsiyə edilib.

Xatırlaadq ki, İsrailin Qəzzaya hücumlarına cavab olaraq Yəməndə husilərin ticarət gəmilərinə qarşı son hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA