Məşhur müğənni hava limanında saxlanıldı - Səbəb

img

15-01-2024 [17:53]


İspaniyalı məşhur müğənni Xulio İqlesias Dominikan Respublikasında hava limanında saxlanılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 80 yaşlı ispan müğənni və bəstəkar Baham adalarından səyahətə çıxdığı Dominikan Respublikasının Punta Kana hava limanında tutulub.

Buna səbəb çamadandan düz 42 kq ərzaq məhsiullaırnın çıxması olub.

Məlumata görə, gömrükçülər onun bağlamasında müvafiq baytarlıq rəyləri olmadan 42 kq çiyələk, moruq, qaragilə, gilas, pomidor, çuğundur, kərəviz, lobya, ispanaq, kahı, göbələk, ət və sair ərzaq məhsulllar aşkarlayıb.

Məlumata gör, müğənni onları şəxsi istifadə üçün apardığını desə də, gömrükçülər onun məhsullarını müsadirə ediblər: "İzahat alındıqdan sonra isə müğənni azad olunub".

Məlumatda o da deyilir ki, 80 yaşlı sənətçi uzun müddətdir həm Baham adalarında, həm də Dominikan Respublikasında yaşayır və iki ölkə arasında gedib-gəlir. Yerimək çətinliyi olan sənətkar bəzən əlil arabasından da istifadə edir.

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR