Türkiyədə 2 futbolçu, 5 klub cəzalandırılıb - Adlar

img

15-01-2024 [17:32]


Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Şurası (PFDK) Super Liqanın iki futbolçusunu cəzalandırıb

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, PFDK-in qərarı ilə rəqib komandanın idmançısına qarşı kobud qayda pozuntusuna yol verdiyi üçün "MKE Ankaragücü"ndə çıxış edən Efkan Bəkiroğluna 2, "Korendon Alanyaspor"un futbolçusu Leroy Ferə isə 1 oyunluq cəza veriilib.

Bununla yanaşı, son oyunlarda idman qaydalarına zidd olan davranış və açıqlamalara görə “Beşiktaş”a 320 min lirə, “MKE Ankaragücü”yə 312 min lirə, “Yılport Samsunspor”a 297 min lirə, “Çaykur Rizespor”a 240 min lirə, Qaziantep Futbol Klubuna 112 min lirə cərimə kəsilib.

Bundan əlavə, növbəti matçda "Beşiktaş", "Fənərbaxça", "Trabzonspor" və "Yılport Samsunspor" bəzi azarkeşlərinin elektron biletlərinə blok qoyulacaq.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR