Prezident “Elektroenergetika haqqında” qanuna dəyişikliyi təsdiqlədi

img

15-01-2024 [17:05]


Prezident İlham Əliyev “Elektroenergetika haqqında” qanunda dəyişiklik edilməsi qanunu təsdiqləyib.

Mia.az xəbər verir ki, yenilənmiş qanuna əsasən, bu ildən tikinti obyektləri elektrik şəbəkəsinə qoşularkən məişət abonentlərinin və tələb olunan gücü 200 kVt-a qədər olan (200 kVt da daxil olmaqla) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin mövcud 0,4 kV-luq şəbəkəyə qoşulması üçün sifarişçi qoşulma xidmətinə görə ödəniş edəcək, enerji təchizatı layihəsinin hazırlanması və tikinti-quraşdırma işlərini enerji təchizatı müəssisəsi həyata keçirəcək. İndiyə qədər tələb olunan gücü 150 kVt-a qədər olan (150 kVt da daxil olmaqla) tikinti obyektləri elektrik şəbəkəsinə qoşularkən ödəniş edilirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA