Türkiyə liqasında daha bir qalmaqal: anqolalı futbolçu qadındır, yoxsa kişi? - "Beşiktaş"dan sensasiyalı etiraz (FOTOLAR)

img

15-01-2024 [15:42]


"Beşiktaş" Türkiyə Futboçl Federasiyasına sensasiyalı etiraz ünvanlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb Qadınlar üzrə superliqanın 16-cı həftəsində "ALG Spor"la oyunda qol atan futbolçunun şçübhə doğuran cinsiyyəti olub.

Türkiy mətbuatı yazır ki, "Beşiktaş United Payment" Qaziantep komandası "ALG Spor"da 2-1 məğlub olduqları oyunda forma geyən və "Beşiktaş" qarşısında qələbə qolunu vuran anqolalı futbolçu Patricia Mingas Afonso Seteconun kişi olduğunu iddia edib.

Qaziantep klubunun rəhbərliyi isə iddiaları yalanlayıb.

Məlumata görə, "Beşiktaş"ın Qadın Futbol Komandası üzrə məsul şəxs Fırat Fidan matçdan sonra da Patricia Seteconun kişi olduğunu deyib: "İndi TFF-nin bu məsələni necə aydınlaşdıracağı maraq doğurur...".

Xatırladaq ki, 10 Noyabr 2023-cü ildə "ALG Spor"a transfer olunan Seteco liqada 7 matçda 5 qol vuurb.

Fərid Aslan

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR