İstanbulda iş yerində yanğın: 3 işçi ölüb, 2-i yaralanıb - FOTO

img

15-01-2024 [10:45]


Bu gün səhərə yaxın İstanbulun Sultanbəyli rayonunda özəl bir şirkətin işçilərinin qaldığı konteynerdə güclü yanğın olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məlumatı şəhər valiliyi açıqlayıb.

Bildirilib k, Sultanbəylidə polad konstruksiya materialları istehsal edən iş yerinin yanında yerləşən işçilərin qaldığı konteynerdə yanğın baş verib: "Səhər saatlarında baş verən yanğında 3 işçi həyatını itirib. Biri ağır olmaqla 2 işçi yaralanıb, onlar xəstəxanaya göndərilib". 

Yanğının baş vermə səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR