İsrail 200 fələstinliyə "evlərinizi sökün" xəbərdarlığı edib

img

15-01-2024 [10:01]


İsrail işğal altındakı Şərqi Qüdsün Köhnə Şəhər bölgəsində 200 fələstinliyə evlərini sökmək üçün xəbərdarlıq məktubu göndərib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, məktubda evlərin sənədsiz olması qeyd olunub.

Məlumata görə, İsrailk bəzi ev sahiblərindən məzillərininbir hissəsini, bəzilərindən isə tam sökmələrini tələb edib: "Əks halda biz sökəcəyik".

Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərinə görə, Məscidül-Əqsanın yerləşdiyi və "Köhnə şəhər" deyilən bölgə tarixi yerdir və əsrlərdir orada fələstinlilər yaşayır: "İndisə israil qanunsuz olaraq bölgədə yaşayan 200 fələstinli ailəyə göndərdiyi bildirişdə bəzi evlərin tamamilə, bəzilərinin isə qismən söküləcəyinə dair xəbərdarlıq edib. Xəbərdarlıqda skainlərə söküntü ilə bağlı fərqli vaxtlar verilib".

Məlumatda qeyd olunur ki, 1967-ci ildən bəri Şərqi Qüdsdə fələstinlilərə məxsus 5 mindən çox ev İsrail qüvvələri tərəfindən dağıdılıb: "İsrailin belə tələbinin heç bir hüquqi əsası yoxdur. Bu sadəsə əhalini qorxutmaq və ərazini yəhudiləşdirmək siyasətinin bir hissəsidir".

Tahir Şəlvəli 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR