ABŞ Yəməni növbəti dəfə bombaladı

img

13-01-2024 [09:48]


ABŞ hava qüvvələri Yəməndəki husilərin mövqelərinnə növbəti dəfə çoxsaylı zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Pentaqona istinadla CNN məlumat yayıb.

Bildirilib ki, ABŞ qırıcıları husilərin istifadə etdiyi radar və bir neçə obyektləri məhv edib: "Bu, zərbələr ABŞ tərəfindən müttəfiqlərin iştirakı olmadan həyata keçirilib".

Husilərə bağlı "Al-Mesira" kanalı hücumla bağlı qısa açıqlama yayıb: "ABŞ və İngiltərə tərəfindən paytaxt Sənaya bir sıra hava zərbələri endirilib...” 

Xatırladaq ki, bundan əvvəlki gün ABŞ və Böyük Britaniyaya məxsus təyyarələri Yəmənin Səna, Hudeydə və Taiz şəhərlərinə hava zərbələri endirib.

Tahir Şəlvəli

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR