ABŞ-ın Suriyadakı bazasına raket zərbələri endirilib: biri havada vurulub, digəri isə...

img

12-01-2024 [17:34]


İranın dəstəklədiyi qruplar ABŞ-ın Suriyadakı bazasına raket zərbələri endirib

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Suriyanın Deyr əz-Zor əyalətində İranın dəstəklədiyi qruplar ABŞ ordusunun yerləşdiyi bazaya raketlərlə hücum edib.

Məlumata görə, günorta saatlarında Koniko Qaz Təsislərindəki bazaya raketlərlə olub: "ABŞ qüvvələrinin hava hücumundan müdafiə sistemləri raketlərdən birini havada məhv edib, biri isə baza ətrafındakı mülki yaşayış məntəqəsinə düşüb. Ölüm vəı dağıntı yoxdur".

Xatırladaq ki, Fərat çayının şərqindəki Deyr əz-Zor əraziləri ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK/YPG-nin işğalı altında, şəhər mərkəzi və digər kənd yerləri isə Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi qrupların nəzarətindədir.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq