İran ABŞ və Böyük Britaniyanın Yəmənə hücumunu pisləyib

img

12-01-2024 [10:05]


İran ABŞ və Böyük Britaniyanın Yəmənə hücumunu pisləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani açıqlama verib.

Kenani ABŞ və İngiltərənin Yəmənin müxtəlif şəhərlərinə həyata keçirdiyi hərbi hücumlarını rəsmi Tehranın şiddətlə qınadığını deyib və əlavə edib ki, bu, Yəmənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq qanunların pozulmasıdır: "Bu keyfə söykənən hücum regionda qeyri-sabitliyi gücləndirməkdən başqa heç bir məqsədə xidmət etməyəcək. Biz beynəlxalq ictimaiyyətdən məsuliyyətli reaksiyalar gözləyirik".

Xatırladaq ki, ABŞ və Böyük Britaniya Yəməndəki husi hədəflərinə ötən axşam havadan və dənizdən hücum edib. Ən azı 12 Husi hədəfi döyüş təyyarələri və Tomaqavk raketləri ilə vurulub. 

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR