"Hizbullah"la İsrail qüvvələri bir-birlərinə qarşılıqlı zərbələr endirir - Açıqlama

img

11-01-2024 [16:47]


Hizbullah Hərəkatı Livanın cənubunda İsrailin iki hərbi məntəqəsinə raketlər atıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Hizbullah" qruplaşması açıqlama verib.

Bildirilib ki, Bağdadi və Metula qəsəbələrindəki hərbi məntəqələrə "müvafiq silahlar və idarə olunan raketlər"lə zərbələr endirilib: "Nəzərdə tutulan hədəflər sıradan çıxarılıb".

Livanın rəsmi agentliyi NNA-nın məlumatına görə, bu gün İsrail ordusuna aid döyüş təyyarələri Livanın sərhəd bölgəsində yerləşən Hanin qəsəbəsindəki bir evi vurub: "Bununla yanaşı, İsrailin ağır artilleriya bölmələri Livanın Ayta əş-Şaab şəhəri ətrafındakı ərazini də bombalayıb".

Xatırladaq ki, İsrail ordusu ilə Hizbullah arasında 8 oktyabr 2023-cü il tarixindən bu yana yaşanan toqquşmalarda 29 livanlı mülki vətəndaş, 159 Hizbullah üzvü, 5 İsrail vətəndaşı və 9 İsrail əsgəri həlak olub.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq