Qırmızı bülletenlə axtarılan 10 əcnəbi İstanbulda həbs olunub - SİYAHI

img

11-01-2024 [10:04]


Qırmızı bülletenlə axtarılan 10 əcnəbi İstanbulda həbs olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məlumatı Daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında yazıb.

Nazir bildirib ki, İstanbul Polis İdarəsi Mühacir Qaçaqmalçılığı Şöbə Müdirliyi tərəfindən 46 qrup və 117 personalın iştirakı ilə İnterpolun qırmızı xətlə axtarışa verdikləri şəxslər barədə əməliyyat həyata keçirilib: "Bu çərçivədə İsveçrədə fırıldaqçılıqdan axtarışda olan Taiguo Liu, İranda fırıldaqçılıqdan axtarışda olan Paria Qasemi, çirkli pulların yuyulmasına görə axtarışda olan Omid Alaghi, dələduzluğa göər axtarışda olan Reza Fəxr Attar, Cənubi Koreyada fırıldaqçılığa görə axtarışda olan Edris Moradi, Özbəkistanda qumar oynatdığı üçün axtarışda olan Tae Yong Sung, Suriyada immiqrant qaçaqmalçılığı ilə məşğul olduğu üçün axtarışda olan Əli Abouyeq, Çində immiqrant qaçaqmalçılığı ilə məşğul olduğu üçün axtarışda olan Xın An, Özbəkistanda insan alveri ilə məşğul olduğu üçün axtarışda olan Dilnoza Umarova və Mavluda Ulmasova saxlanılıblar".

Nazir qeyd edib ki, onlar müvafiq olarq öz ölkələrinə təhvil veriləcək.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR