İsrail qüvvələri Qəzzanın iki bölgəsindən geri çəkilib

img

10-01-2024 [19:49]


İsrail qüvvələri Qəzzanın iki bölgəsindən geri çəkilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin hökuməti yayılan informasiyanı təsdiqləyib.

Bildirilib ki, İsrail qüvvələri çəkildiyi bölgələrdən geriyə böyük dağıntılar buraxıb: "İsrail qüvvələri təxminən bir ay əvvəl daxil olduğu Qəzzanın mərkəzi hissəsində Deyr-Belah və cənubda Xan Yunisi ayıran Əbu Huli bölgəsindən geri çəkilərək, arxada böyük bir xarabalıq qoyub. Əvvəllər yaşıl ərazilərə malik olan Əbu Huli bölgəsi ağır bombardmanlar və buldozerlərin hücum nəticəsində səhraya çevrilib. Ağaclar kökündən qoparılıb, ətrafdakı evlər sökülüb".

Tahir ŞƏLVƏLİ

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR