BMT məruzəçiləri İsraili "soyqırım"da ittiham edir - Sabah isə beynəlxalq məhkəmə olacaq

img

10-01-2024 [16:41]


Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin üzrə xüsusi məruzəçisi Francesca Albanese və mənzil hüququ üzrə xüsusi məruzəçisi Balakrişnan Rajaqopal İsraili Qəzzada dinc insanları ac ​​və evsiz qoyaraq soyqırım cinayəti törətməkdə ittiham edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin üzrə xüsusi məruzəçi Francesca Albanese həmkarı ilə birgə Qəzzadakı vəziyyətlə bağlı suallara cavab verərkən deyib.

O bildirib ki, bu vəziyyət soyqırım ittihamlarını daha da ağırlaşdırır: "Çünki fiziki məhvə aclıqla da nail olmaq olar. İsrail bunu təkzib etməyə cəhd edir. Bəs media mənsubları və insan haqları müşahidəçiləri niyə Qəzzaya girə bilmirlər?".

BMT-nin mənzil hüququ üzrə xüsusi məruzəçisi Rajaqopal isə deyib ki, ortada peyk görüntüləri var: "Beynəlxalq Ədalət Məhkəməsi bunu əvvəllər Cənubi Afrika tərəfindən sənədləşdirilmiş sübutlarla birlikdə soyqırımın sübutu kimi nəzərdən keçirməlidir".

Xatırladaq ki, Cənubi Afrika Respublikası dekabrın 29-da İsrailin 7 oktyabrdan bəri Qəzzada törətdiyi hərəkətlərlə Soyqırım Konvensiyasını pozduğunu əsas gətirərək Beynəlxalq Ədliyyə Məhkəməsinə iddia qaldırıb.

Sabah Cənubi afrikalı vəkillər adıçəkilən məhkəmə hakimlərinə ehtiyat tədbirlərinin zəruriliyi ilə bağlı təqdimatlar verəcək: "Yanvarın 12-də isə İsrail vəkilləri öz çıxışlarını edəcəklər".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR