Almaniyada Öcalanla bağlı qərar verildi

img

09-01-2024 [09:43]


Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin məhkəməsi PKK terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalanla bağlı qərar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, məhkəmə qərarı ilə Abdullah Öcalanın fotoşəkillərinin nümayişlərdə istifadəsinə qadağa qoyulub.

Məhkəmə bununla yanaşı, 2017-ci ilin noyabrında Düsseldorf Əyalət Məhkəməsinin qadağa qərarına etirazını rədd edib: "Çünki PKK Avropa İttifaqının (Aİ) terror təşkilatları siyahısındadır və Almaniyada fəaliyyəti qadağandır. Bu səbəbdən PKK lideri Öcalanın fotoşəkili ilə yanaşı, terror təşkilatına aid döş nişanları və bayraqlar da qadağaya daxil edilib".

Məlumatda o da deyilir ki, adıçəkilən məhkəmənin bu qərarından Federal İnzibati Məhkəməyə şikayət verilə bilər.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR