Fələstinlilərlə İsrail qüvvələri Ramallahda toqquşub - 8 nəfər yaralayıb

img

08-01-2024 [13:30]


İsrail qüvvələrinin İordan çayının qərb sahilində fələstinlilərə qarşı növbəti əməliyyatında gərginlıik artıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Ramallah şəhərinə basqın edən İsrail qüvvələrinə etiraz edən fələstinlilərə güc tətbiq olunub.

Nəticədə 8 fələstinli yaralanıb.

Məlumata görə, bundan sonra bölgədə iğtişaşlar başlayıb. İsrail əsgərləri fələstinlilərə qarşı canlı güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.

İsrail qüvvələri gərginlik zamanı Ramallahda 2 həkim və bir tibb bacısını saxlayıb.

Fələstin Qızıl Aypara Cəmiyyəti faktı təsdiqləyib.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR