Əkrəm İmamoğlunun rəqibi: "İstanbulda tıxac zülmünə son verəcəyik"

img

08-01-2024 [10:37]


"İstanbulda tıxac zülmünə son verəcəyik".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri hakim partiyanın 31 martda keçiriləcək bələdiyyə seçkilərində İstanbuldan namizədi olan sabiq nazir Murat Kurum bu gün səhər namazından sonra jurnalistlərə açıqlamasında deyib.

O, hazırkı bələdiyyə sədri Əkrəm İmamoğluna işarə ilə "İstanbulda itirilən 5 ilin zərərlərini sürətlə aradan qaldırmağa başlayacağıq" deyərək, bildirib ki, öncə şəhərin tıxac problemini həll edəcək: "Bilik və təcrübəmizlə bir araya gələcəyik. Millətimizin yanında olacağıq. Dua ilə başlayacağıq, dua ilə bitirəcəyik. Hər zaman çətin günlərdə millətimizin yanında olmuşuq, İstanbulluların bizə ehtiyacı olan hər an onların yanında olacağıq. Siz Bizi həmişə küçədə görəcəksən, öncə şəhərimizin nəqliyyat problemini, tıxaclarını bitirdiyimizi görəcəksiniz. Bu prosesi millətimizlə birgə ürəkdən həyata keçirəcəyik. Aylardır işləyirik, millətimizin problemlərini qeyd etmişik. Bunları ekspert dostlarla qiymətləndirdik".

Sabiq nazir qeyd edib ki, seçildikdən sonra da heç kimə siyasi mənsubiyyətinə görə fərq qoymayacaqlar: "Fövqəladə tədbirlər planı irəli sürərək İstanbulun itirilmiş 5 ilini tez bir zamanda aradan qaldıracağımıza əminik”.

Onu da qeyd edək ki, Murat Kurumu namazda müşayiət edənlər arasında Pendik Bələdiyyə başçısı Əhməd Cin, Gaziosmanpaşa Bələdiyyə başçısı Həsən Tahsin Usta, Bağcılar Bələdiyyə başçısı Abdullah Özdemir, Eyüpsultan Bələdiyyə başçısı Deniz Köken, Kağıthane Bələdiyyə başçısı Mövlud Öztekin, Beyoğlu Bələdiyyə başçısı Heydər Əli Yıldız, Bayrampaşa Bələdiyyə başçısı Atila Aydıner, Çekmeköy Bələdiyyə başçısı Əhməd May, Pompaşa Bələdiyyə başçısı Əhməd Ü. İsmət Yıldırım, Beykoz Bələdiyyə başçısı Murat Aydın, Sultangazi Bələdiyyə başçısı Əbdürrəhman Dursun, Zeytinburnu Bələdiyyə başçısı Ömər Arısoy, Çatalca Bələdiyyə başçısı Məsut Üner, İBB Məclis 2-ci Bələdiyyə sədrinin müavini Ömər Faruk Kalaycı da olub.

Samir Musayev

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR