Suriya ordusu İdlibə zərbə endirib: 5 mülki şəxs yaralanıb

img

08-01-2024 [00:27]


Suriyada Bəşər Əsəd rejiminə bağlı ordu birliyi İdlibin şərqindəki Sermin kəndinə zərbələr endiirb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, nəticədə 5 mülki şəxs ağır yaralanıb: "Yaralılar müalicə olunmaq üçün xəstəxanalara yerləşdirilib".

Xatırladaq ki, 2017-ci ildə Astana görüşündə Türkiyə, Rusiya və İran Suriya administrasiyasının nəzarətində olmayan ərazidə 4 “deeskalasiya zonası” yaratmaq qərarına gəlib.

Hazırda Dəməşq rəhbərliyi, İranın dəstəklədiyi terrorçular və Rusiya hücumlarını davam etdirərək 4 bölgədən 3-nü ələ keçirərək İdlibə doğru irəliləyir.

Türkiyə 2018-ci ilin sentyabrında atəşkəs üçün Rusiya ilə əlavə razılaşma əldə etsə də, 2019-cu ilin mayında hücumlar yenidən şiddətlənib. Türkiyə və Rusiyanın 5 mart 2020-ci ildə əldə etdiyi yeni razılaşmadan sonra atəşkəs kiçik istisnalarla qorunub.

Onu da qeyd edək ki, 2017-2020-ci illərdə hücumlardan qaçan 2 milyona yaxın mülki şəxs Türkiyə sərhədinə yaxın bölgələrə yerləşdirilib.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR