Yunan sərhədçiləri dənizdə 17 miqrantı boğulmağa sürüklədi, türklər xilas elədi

img

08-01-2024 [00:05]


Türkiyədə dənizdə boğulmaq üzrə olan daha 17 miqrant xilas edilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Muğlanın Datça mahalı sahillərində rezin qayıqda olan 17 qeyri-qanuni mühacir boğulmaqa üzrəykən xilas olunublar.

Sahil Mühafizə Komandanlığından bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra bir gəmi bölgəyə istiqamətləndirilib: "Komandalar Yunanıstan ünsürləri tərəfindən Türkiyənin ərazi sularına sıxışdırılan rezin qayıqda olan 17 miqrantı xilas edib. Onlarla yanaşı, bir "miqrant qaçaqmalçı" da tutulub".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR