"QULİ" və "LƏNKƏRANSKİ"nin KLANLARI ARASINDA QANLI TOQQUŞMA: "Cavid Astaralı" maşınında belə güllələndi - VİDEO

img

07-01-2024 [15:04]


Rusiyada azərbaycanlı kriminal avtoritet güllələnib.

Hadisə Tümen şəhərində qeydə alınıb.

Mərhum qanuni oğru “Rövşən Lənkəranski”nin adamı hesab edilən, hazırda isə “Rufo Gənciniski”nin ətrafında olan “Cavid Astaralı” avtomobilində silahlı hücuma məruz qalıb.

Yayılan görüntülərdə məlum olur ki, bir neçə şəxs ayrı-ayrı nöqtələrdən “Cavid Astaralı”nın hərəkətdə olan avtomobilinə silahla hücum edir. Avtoritet avtomobili saxlamayaraq yolda olan digər maşınlara vurub. Hadisə nəticəsində “Cavid Astaralı” bir neçə güllə yarası alıb.

Həmin şəxslər hazırda həbsdə olan kriminal aləmdə “Nihat Quli”, “Nihat Qəbələli” kimi tanınan Nihat Mayısbəylinin adamları olub. Nihat Mayısbəyli mərhum qanuni oğru Nadir Səlifovun (Lotu Quli) yaxın adamıdır.

Hər iki tərəfdə konflikt uzun müddətdir davam edir.

Lent.az


Digər xəbərlər
SON XƏBƏRLƏR