Dövlət Turizm Agentliyini korrupsiya belə “yeyir” - FUAD NAĞIYEV 150 NƏFƏRLİQ QONAQLIĞA 3 TON ARAQ “ALIR”

img

06-01-2024 [23:50]


Dövlət Turizm Agentliyi “Qərbi Azərbaycan Mətbəxinin təqdimi” adlı tədbir keçirmək niyyətindədir.

Mia.az Gununsesi.info-ya istinadla xəbər verir ki, açıq tenderin məlumatlarına əsasən üç gün davam edəcək tədbirdən sonra  12 saatlıq banket olacaq.

Banketdə 150 nəfər qonağın iştirakı gözlənilir.

Bununla belə 150 nəfərlik banket üçün Dövlət Turizm Agentliyi 3 min litr ərik arağı sifariş vermək niyyətindədir.

Bu isə adambaşına 20 litr araq deməkdir ki, bu da ortalıqdakı korrupsiyanı çılpaqlığı ilə ifadə edir.

Mia.az xəbər verir ki, qeyd edilən 3 min litr araq məsələsi ciddi müzakirəyə səbəb olduqdan sonra agentlik bunn yanlış olduğunu, əslində söhbətin 3 litrdən getdiyini açıqlayıb. Lakin bu açıqlama sosial mediada qeyri-ciddi qarşılanıb.

MİA.AZ
 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq