İspaniya Kosovonun pasportunu tanıdı: "Biz indi bu ölkəyə vizasız gedə bilərik”

img

07-01-2024 [00:04]


İspaniya Kosovonun pasportunu tanıyıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Kosovo Baş nazirinin Avropaya inteqrasiya, inkişaf və dialoq üzrə birinci müavini Besnik Bislimi sosial media hesabında paylaşıb.

O qeyd edib ki, Kosovo Respublikasının pasportu artıq Madrid hakimiyyəti tərəfindən rəsmən qəbul edilib: "Biz indi bu ölkəyə vizasız gedə bilərik”. 

Bislimi əlavə edib ki, yaxın vaxtlarda Kosovo vətəndaşlarına başqa bir müjdə verəcək.

Xatırladfaq ki, 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini elan edən Kosovonun müstəqilliyini Avropa İttifaqının 5 üzvü - İspaniya, Yunanıstan, Rumıniya, Slovakiya və Cənubi Kipr tanımayıb. Ancaq buna rəğmən, İspaniya istisna olmaqla, həmin ölkələr Kosovo Respublikası vətəndaşlarının   səyahət sənədlərini tanıyıb.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR