Ərdoğandan İrana başsağlığı: "Dəhşətli terror aktları bizi dərindən kədərləndirdi"

img

03-01-2024 [20:52]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Kirmanda baş verən terror aktlarında həyatını itirənlərə görə İran xalqına başsağlığı verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ərdoğan X sosial media platformasında paylaşım edib: "İranın Kirman vilayətində törədilən dəhşətli terror aktları bizi dərindən kədərləndirdi. Hücumlarda həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm. Dost və qardaş İran xalqına başsağlığı verirəm".

Xatırladaq ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın Fövqəladə Hallar Mərkəzinin bəyanatına əsaslanaraq verdiyi məlumata görə, İnqilab Keşikçiləri Ordusu Qüdsün öldürülməsinin 4-cü ildönümündə anım mərasiminin keçirildiyi qəbiristanlığa gedən yolda iki partlayış baş verib. Təxminən 10 dəqiqə ara ilə baş verən iki partlayışda 103 nəfər həlak olub, 211 yaralı var.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR