Səudiyyə Ərəbistanıda nəhəng qızıl yataqları aşkarlanıb - 1.5 milyon trilyonluq

img

29-12-2023 [14:58]


Səudiyyə Ərəbistanıda nəhəng yeni qızıl yataqları kəşf olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Mədən Şirkəti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, paytaxt Ər-Riyadın qərbində - "Mənsurə-Məssərə" qızıl mədəninin 100 kilometr cənubunda böyük qızıl yataqları aşkarlanıb: "Bölgənin beynəlxalq standartlarda mühüm qızıl kəmərinə çevrilməsi ilə bağlı böyük gözləntilər var. Qazma nəticələri göstərir ki, mədəndə zəngin sərvət var və yeraltı işlənmə yolu ilə mədənin ömrünü uzatmaq olar". 

O da bildirilib ki, "Mənsurə-Məssərə" qızıl ehtiyatlarının həcmi 2023-cü ilin sonuna qədər təqribən 7 milyon unsiyaya çatıb: "Yeni kəşflər isə ölkəmizn gücünə nəhəng güc qatacaq".

Bəzi məlumatlara görə, yeni yataqlarda 1.5 trilyon dollar həcmindən çox qızıl var...

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR