Xırdalanda narkotik satan şəxs tutulub - Təfərrüat

img

29-12-2023 [13:34]


Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

Mia.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Masallı rayon sakini Mircəlal Əkbərli saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış zamanı 2 kiloqrama yaxın psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Araşdırmalarla müəyyən edilib ki, M.Əkbərli şəxsiyyət istintaqla araşdırılan İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərilən narkotikləri Xırdalan şəhərində satmaq məqsədi ilə qəbul edib.

Faktla bağlı Abşeron RPİ-də araşdırma aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR