Daxili Qoşunların hərbçi qulluqçu hərbçi yoldaşını güllələdi

img

14-06-2014 [11:50]


Azərbaycanda hərbçi xidmət yoldaşını yaralayıb.

APA-nın məlumatına görə, hadisə Daxili Qoşunların "N” saylı hərbi hissəsində qeydə alınıb. Müddətdən artıq xidmət edən hərbi qulluqçu Allahverdi Quliyevin əlindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Güllə onun hərbçi yoldaşı, müddətdən artıq xidmət edən hərbi qulluqçu Zahid Abdullayevə dəyib.

Daxili Qoşunların mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, Z. Abdullayev yüngül xəsarət alıb, hazırda vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA