İsrail hərbçiləri Əl-Fariya qaçqın düşərgəsinə basqın edib

img

29-12-2023 [13:13]


İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində Tubas şəhəri yaxınlığında yerləşən Əl-Fəriyyə Qaçqınlar Düşərgəsinə basqın edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, əməliyyat zamanı İsrail snayperləri bir çox binanın damına yerləşdirilib: "Düşərgədəki bəzi məhəllələri mühasirəyə alındıqdan sonra isə hərbçilər evlərə basqınlar etməyə başlayıb. Bu qanunsuzluğa etiraz edən fələstinlilərlı hərbçilər aarsında toqquşmalar baş verib".

Məlumata görə, basqınlarda xeyli ev və iş yerləri dağıdılıb, onlarla fəıləstinli həbs olunub.

Xatırladaq ki, İsrail qüvvələrinin Qəzzaya hücuma başladığı 7 oktyabrdan bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə də fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlar artıb.

Fələstin Məhbuslar Dərnəyinin məlumatına görə, İsrail oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahilində 4820 fələstinlini həbs edib.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR