ABŞ: "Şimali Koreyaya qarşı düşmənçiliyimiz yoxdur"

img

29-12-2023 [11:38]


"Şimali Koreyaya qarşı heç bir düşmən niyyətimiz yoxdur".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözlər ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, ABŞ diplomatiyaya sadiqdir və bu səbəbdən “görünməmiş sayda ballistik raketlər buraxmasına” baxmayaraq, ABŞ Şimali Koreyaya qarşı düşşmən münasibətdə deyil: "ABŞ Pxenyan administrasiyası ilə şərtsiz dialoq qurmaq istəyir və problemləri diplomatik yolla həll etməyi düşünür".

Xatırladaq ki, Cənubi Koreyanın Baş Qərargahı Şimali Koreyanın dekabrın 17-də Yapon dənizinə ballistik raket atdığını açıqlayıb. Yaponiya Müdafiə Nazirliyi isə dünən Şimali Koreyanın dənizə doğru daha qitələrarası ballistik raket atdığını bəyan edib. 

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR