İtaliya ilə İsrail arasında diplomatik gərginlik: yeni səfir qəbul olunmur - Səbəb

img

29-12-2023 [10:09]


İsrailin Romaya səfir təyin etmək istədiyi Benni Kaşrieli İtaliya hökuməti qəbul etməyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb onun Fələstinin İordan çayının qərb sahilindəki qeyri-qanuni saldığı Maale Adumim qəsəbəsind uzun müddət bələdiyyə sədri olmasıdır.

“Times of Israel” qəzetinin məlumata görə, 31 ildir İordan çayının qərb sahilindəki ən böyük qeyri-qanuni məskənlərindən biri olan Maale Adumimin bələdiyyə sədri olan və 1999-cu ildən qeyri-qanuni məskunlaşmaların çətir təşkilatı Yeşa Şurasına sədrlik edən Kaşriel İsrailin xarici işlər naziri Eli Cohen tərəfindən iyul ayında  Romaya yeni səfir təyin olunub. 

Lakin onun təyinatına o vaxtdan  İtaliya hökuməti razılıq verməyib: "İsrail hökuməti buna israra razııq almağa can atsa da, roma hər dəfə "yox" cacvabı verib. Səbəb isə yeni səfirin qanunsuz məskinlaşmadakı rolu və radikal millətçiliyidir".

"Ynet"in məlumatına görə, İsrail prezidenti İsaak Hersoq İtaliyadan bu təyinatın Avropa İttifaqı-İsrail münasibətlərini riskə sala biləcəyinə dair mesajlar verib və Xarici İşlər Nazirliyinə bu məsələyə "ağıllı şəkildə" müdaxilə etməyi tapşırıb.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR