Qəzzada savaş: daha 45 mülki fələstinli həlak olub

img

29-12-2023 [09:57]


İsrail bu gecə blokada altındakı Qəzza zolağına hücumları davam etdirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin WAFA rəsmi agentliyi məlumat yayıb.

Məlumata görə, İsrail döyüş təyyarələri Xan Yunus qəsəbəsinin şərqindəki Əl-Fahhari bölgəsində Əl-Amuri adlı şəxsin evinə havadan zərbə endirib: "Nəticədə 11 nəfər ölüb, onlarla insan yaralanıb. Bununla yanaşı, Rəfahda daha bir ev bombalanıb, burada da azı 20 nəfər həyatını itirib, Şabura Qaçqınlar Düşərgəsindəki Diyab ailəsinin evini bombalaması nəticəsində isə çoxlu adam ölüb. Mərkəzdə yerləşən Əl-Maqazi Qaçqınlar Düşərgəsində isə iki ev vurulub, nəticədə 14 nəfər həyatını itirib. Beləliklə, evlərin vurulması nəticəsində ən azı 45 mülki şəxs həlak olub".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR