14-06-2014 [11:01]
"Elçin Qasımov bir neçə dəfə evimə basqın edib. Özü də hər dəfə gələndə əlində tüfəng və bıçaq olub. Sonuncu dəfə polisə məlumat verdim, tutub apardılar. Amma nədənsə bir müddətdən sonra azadlığa çıxdı".
Bu sözləri APA TV-yə iyunun 13-ü Gədəbəydə gözəllik salonunda başı kəsilən Fəxriyyə Aslanovanın anası deyib. Onun sözlərinə görə, Elçin Qasımovla qızı Fəxriyyə Aslanova bir il öncə rəsmi şəkildə boşanıblar. Amma buna baxmayaraq, Elçin Qasımov onun qızını tez-tez narahat edirmiş. Hətta hadisədən bir neçə gün öncə o, əlində bıçaqla Aslanovaların yaşadığı evə basqın edib. Bu barədə polisə məlumat verdiyini deyən mərhumun anası Elçin Qasımovun Gəncə Şəhər Məhkəməsində hakim işləyən qohumuna görə iki gün sonra sərbəst buraxıldığını iddia edib.
Xatırladaq ki, rayonun Slavyanka kənd sakini, 1981-ci il təvəllüdlü Qasımov Elçin Fəxrəddin oğlu keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanovanın başını kəsərək qətlə yetirib. Hazırda qətli törədən şəxsin axtarışı davam edir. Qeyd edək ki, adı çəkilən şəxslər ötən il boşanıblar, onların bir övladlarının olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
* * * 18:14
Gədəbəy rayonunda baş verən qətl hadisəsi ilə bağlı yeni məlumatlar açıqlanıb.
Gədəbəy Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, qətli Slavyanka kənd sakini, 1981-ci il təvəllüdlü Qasımov Elçin Fəxrəddin oğlu törədib.
O, keçmiş həyat yoldaşı - 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanovanı rayon mərkəzində yerləşən gözəllik salonlarının birində qətlə yetirərək hadisə yerindən qaçıb. Hadisənin qısqanclıq zəmində baş verdiyi bildirilir. Onların boşandıqları və bu nikahdan bir övladlarının olduğu bildirilib. E. Qasımovun saxlanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
* * *17:50
Gədəbəy rayonunda dəhşətli qətli törədənin kimliyi bilinib.
Virtualaz.orgKəpəz TV-yə istinadən xəbər verir ki, rayon sakini Elçin Qasımov həyat yoldaşı Fəxriyyə Aslanovanı bıçaqla qətlə yetirib. Hadisə qadının çalışdığı gözəllik salonunda baş verib.
Hələlik hadisəni törədən Elçin Qasımovu saxlamaq mümkün olmayıb. Bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir.
* * * 17:30
Gədəbəy rayonunda 28 yaşlı Fəxriyyə Aslanovanın başının kəsilməsi ilə bağlı mətbuatda yayılan xəbər oxuyanları şoka salıb.
Hadisənin təfərrüatlarını öyrənmək məqsədilə rayon prokurorluğuna etdiyimiz zəng hər şeyi alt-üst etdi.
Gədəbəy rayon Prokurorluğunun müstəntiqi Emin Abbasov Milli.Az-a bildirdi ki, qətlə yetirilən qadın gəlin deyil və bu gün toyunun olması yalandır. F.Aslanova bir neçə il əvvəl ərə gedib və iki uşağı var. Onun bu gün işlədiyi gözəllik salonunda qətlə yetiriblər. İlkin ehtimala görə, onu əri öldürüb.
* * * 16:42
Azərbaycanda dəhşətli qətl hadisəsi baş verib.
Gədəbəy Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayon mərkəzində yerləşən gözəllik salonlarının birində qeydə alınıb.
Naməlum şəxs rayon sakini, 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanovanın başını kəsərək qətlə yetirib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, F.Aslanova bu gün toyu olduğuna görə salona gəlibmiş.
Hazırda polis hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparır.
Virtualaz.org saytınınmüxbiri rayonda baş vermiş bu ağır cinayətlə bağlıGədəbəy Rayon Prokurorluğu ilə əlaqə saxlayıb. İş müstəntiq Emin Abbasovun icraatındadır.
E.Abbasov virtualaz.org saytına açıqlamasında dedi ki, o, hadisə yerinə hələ yenicə çatıb və olayın təfərrüatlarını öyrənməklə məşğuldur.
Qətlin hansı səbəbdən baş verməsinə gəlincə isə müstəntiq bununla bağlı hələlik heç bir konkret versiya və ehtimallarının olmadığını bildirdi: "Yalnız məsələni araşdırandan sonra bu haqda dəqiq məlumat verə bilərik".
Virtualaz.org
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?