İsrail ordusunun daha üç hərbçisi həlak olub, yaralılar var - Qəzzada

img

28-12-2023 [10:18]


İsrail ordusunun daha üç hərbçisi həlak olub, yaralılar var.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə yayılan məlumatı İsrail Müdafiə Nazirliyi təsdiqləyib.

Qeyd olunub ki, Qəzza zolağında baş verən döyüşlərdə ikisi zabit olmaqla daha 3 hərbçi həyatlaır ilə vidalaşıblar: "Daha 3 hərbçi isə yaralanıb".

Məlumata görə, bununla da Qəzza zolağına hücumların başladığı oktyabrın 7-dən bu yana öldürülən İsrail əsgərlərinin sayı 501-ə yüksəlib: "Bunun da 167-si quru əməliyyatlarının payına düşür".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR