İsrail Qəzzada xəstəxana ətrafını bombalayıb - 18 nəfər ölüb, yaralılar var

img

28-12-2023 [00:06]


İsrail döyüş təyyarələri Qəzza zolağındakı Xan Yunis qəsəbəsində Fələstin Qızıl Aypara Cəmiyyətinə məxsus Amal xəstəxanasının ətrafını bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi WAFA agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, nəticədə 18 mülki şəxs həlak olub, xeyli yaralı var: "Qırıcılar xəstəxananın təxminən 10 metr məsafəsinə qədər bomba atıb. Hazırda dağıntılar altında qalan insanlar var...".

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR