Hakan Fidan Blinkenlə telefonda danışıb - Nələr müzakirə olunub?

img

27-12-2023 [17:57]


Xarici işlər naziri Hakan Fidan bu gün ABŞ dövlət katibi Blinkenlə telefonda danışıq aparıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə xarici işlər naziri Fidan Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının dünən qəbul etdiyi qərara istinad edərək, İsveçin üzvlüklə bağlı prosesin Türkiyə Böyük Millət Məclisində müzakirəsinin davam etdiyini bildirib.

Hakan Fidan qeyd edib ki ki, F-16 satışı ilə bağlı ABŞ Administrasiyası və Konqresinin müttəfiqlik ruhuna uyğun hərəkət etməsi və üzərinə götürülmüş öhdəliklərin yerinə yetirməsini gözləyirlər.

Görüş zamanı Qəzzadakı son hadisələr də müzakirə edilib. Xarici işlər naziri Fidan xatırladıb ki, Qəzzada atəşkəs olmalı və daimi sülh danışıqları ən qısa zamanda başlamalıdır.

Görüşdə Kipr məsələsi də gündəmə gəlib.

Zülfiyyə

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR