İsrail hərbçiləri daha 12 fələstinlini həbs edib

img

27-12-2023 [14:00]


İsrail hərbçilərinin oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbs əməliyyatları davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyi və Fələstin Azadlıq Təşkilatına bağlı Fələstin Əsirlər İşləri Komitəsi tərəfindən birgə yazılı açıqlama verilib.

Bildirilib ki, İsrail qüvvələri dünən gecə və bu gün səhər saatlarında Tulkerim, Ramallah, Bethlehem və Hebronda evlərə basqınlar ediblər: "Nəticədə daha 12 nəfər həbs edilərək, naməlum istiqamətə aparılıblar".

Məlumatda deyilir ki, bununla da oktyabrın 7-dən etibarən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə saxlanılan fələstinlilərin sayı 4795-ə yüksəlib.

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR